sitename

        "Real Madrid"dən qovulan baş məşqçi ABŞ yığmasına rəhbərlik edə bilər

 

İspaniyanın "Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Xulen Lopetegi tezliklə ABŞ millisinə rəhbərlik edə bilər.

"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Futbol Federasiyası ispaniyalı mütəxəssisi yığmanın nəticələrini daha da yaxşılaşdırmağa qadir olduğu qənaətindədir.

Hazırda komandada çoxlu gənc futbolçu var. ABŞ-ın federasiya rəsmiləri Lopeteginin İspaniya millisində və "Real Madrid"də gənclərlə iş təcrübəsindən yararlanmaq istəyir.

İndi baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Deyv Saraçan yerinə yetirir. Onun rəhbərliyi altında komanda son oyunlarında İngiltərəyə 0:3, İtaliyaya isə 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Xulen Lopetegi "Real Madrid"in baş məşqçi postundan oktyabrın sonlarında istefaya göndərilib. O, əvvəllər "Portu"ya da rəhbərlik edib.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300