sitename

        Pol Miller: "Azərbaycanı Rusiyanın təsir dairəsinə buraxmaq faciəvi səhv olardı"

 

ABŞ-ın "Haym Solomon” mərkəzinin siyasət və xəbərlər departamentinin rəhbəri Pol Miller mərkəzin rəsmi saytında Azərbaycanın dünya siyasətində və bölgədəki rolu, habelə ABŞ, İsrail və Rusiya kimi dövlətlərin bununla bağlı yürütdükləri siyasəti təhlil edən yazı qələmə alıb.

Musavat.com həmin yazını təqdim edir:

"Tramp administrasiyasının Rusiya Federasiyası ilə ən azı səmimi münasibətləri saxlamaq arzusu yaxşı haldır. Lakin prezident Donald Tramp prezident Vladimir Putinlə güclü və uzunmüddətli qala biləcək şəxsi əlaqələr qurmaq məsələsində özünə həddindən artıq güvənir.

Lakin cənab Putinin istər daxildə, istərsə də beynəlxalq səviyyədə bütün fəaliyyəti Rusiyanın nüfuz dairəsinin genişləndirilməsinə yönəlik olub, onun yenidən irredentizmə (öz millətinin keçmişindən "itirilmiş" (və ya "oğurlanmış") hesab etdiyi əraziləri, torpaq iddiası / bərpası və işğal etmək yolu ilə ölkəsinə qatmaq niyyəti güdən siyasi yanaşmadır-red.) və neoimperializmə doğru geri dönməsini əks etdirir.

Bu yaxınlarda Moskva öz nümayəndəsi hesab etdiyi Ermənistanı Bəşər Əsəd Suriyasının yenidənqurma planlarının əsas oyunçusu olaraq daxil edib. Ermənistanın, demək olar ki, olmayan iqtisadiyyatı tamamilə Moskvadan asıldır. Ermənistan Rusiyanın həmişə beynəlxalq arenada dəstəkləyən ölkələrdən biri sayılır. Ermənistan ABŞ-ın yaxın müttəfiqi Ukraynanın suverenliyi əleyhinə BMT Baş Assambleyasında səs vermiş dövlətdir.

Rusiya oliqarxları Ermənistan sənayesinin önəmli bir hissəsinə sahib olub, onu ailə ferması kimi aqrar iqtisadiyyata çeviriblər. Ermənistan ildən-ilə əhalinin azalmasından əziyyət çəkir. Ölkə vətəndaşları yaşamaq naminə başqa ölkələrə köç edirlər.

Bu qədər ağır vəziyyətdə olan müttəfiqi belə bir böyük işə cəlb etmək nəyə lazımdır? Qərbin hakim dairələri Rusiyanın Ermənistandan qeyri-qanuni silah tədarükçüsü istifadə etmələrindən narahatlıqlarını ifadə edirlər. Emrənistanın bu işdə iştirakı Rusiyaya Suriyanın bərpası prosesində qeyri-qanuni gəlirlərini gizlətməyə imkan verəcək.

Lakin Kremlin ABŞ-ın digər strateji müttəfiqi sayılan Azərbaycana nəzər yönəltməsi xüsusilə təşviş doğurmalıdır. Xəzər dənizində zəngin neft və qaz yataqlarına malik Azərbaycan Sovet İttifaqının dağılmasından bu yana Qərbyönümlü siyasət yürüdür. Əgər Azərbaycan da Moskvanın təsir dairəsinə düşsə, bu, həm ABŞ , həm də Qərb üçün böyük itki sayılacaq.

Son 25 il ərzində Azərbaycan Xəzər hövzəsində enegetik infrastrukturlarla bağlı bütün iri miqyaslı layihələrdə aparıcı rol oynayıb və onları maliyyələşdirib. Avropa Birliyinin enerji təhlükəsizliyinin açarı ikiüzlü və savaşqan Rusiyadan, habelə döyüşkən və təhlükəli İrandan yan keçərək məhz Azərbaycandadır.

Həmin layihələrdən ilki - Bakı-Tiflis-Ceyhan neft kəməri Xəzər neftini Aralıq dənizi və Qərb bazarlarına daşıyır. Bu qədər qarışıq bir bölgədə belə bir layihə Buş (böyük) və Klinton administrasiyaları dövründə xüsusi dəstək görüb. Həmin vaxtdan bu yana Azərbaycan bölgədə ən vacib və strateji müttəfiqə çevrilib.

Həmçinin İsrail Azərbaycanın simasında telekommunikasiya, mədəniyyət, kənd təsərrüfatı, hərb və sənaye texnikası, əks-terror kəşfiyyatı və əməliyyatları kimi sahələr də daxil olmaqla özünü yaxın tərəfdaşını ədə edib. Azərbaycan yüzillər boyunca yəhudilərin müsəlmanlarla birlikdə bərabər hüquqlarla dinc şəraitdə yaşadığı və hələ də geniş yəhudi icmasının mövcud olduğu bir ölkədir.

Azərbaycan İsrail üçün olduqca böyük və gəlirli bazar sayılır. İsraildən Bakıya yüksək səviyyəli nümayəndəliklərin müntəzəm gəlişinə rəğmən bu əlaqələrin nə qədər dərin olduğu hələ bilinmir. Sonuncu belə ziyarət İsraill müdafiə naziri Avidqor Liberman tərəfindən gerçəkləşdirilib.

Cəmi 3 il bundan qabaq İsrail baş naziri Azərbaycanın olduqca populyar prezidenti tərəfindən yüksək səviyyədə qəbul edilib. Həmin vaxt prezident İlham Əliyev Azərbaycanla İsrail arasında münasibətləri onda doqquz hisssinin görünməz olduğu aysberqə bənzətmişdi. Ekspertlərin fikrincə, İsrail və Azərbaycan münasibətləri özünün həm dərinliyi, həm də genişliyinə görə digər müsəlman dövlətləri ilə müqayisəedilməz dərəcədədir.

Azərbaycan isə Qərb üçün sadəcə neft və qaza görə lazım deyil. Hazırkı sosial siyasət və ənənəvi xarici siyasət gedişində müsəlman ölkələri müharibədən sonrakı dünya düzəninin ayrılmaz tərkib hissəsinə çevrilib.

Azərbaycan özünün daxili sabitliyi, dünya arenasında məsuiliyyətli davranışları, habelə Qərb tərzində imzalanan müqavilələrə sadiqliyi, müstəqil məhkəmələrlə tamamlanmış modelləşdirilmiş biznes iqlimi ilə olduqca dəyərlidir.

Nəticə

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə rəsmi səfərinə rəğmən ABŞ bir sıra ölkələrin onun xarici siyasət radarından yox olmasına yol verməsi kimi dəhşətli və qorxulu meyllilik içindədir. Azərbaycanın nefti və qazı ilə birlikdə millətlərin, mədəniyyətlərin və cəmiyyətlərin toqquşma mərkəzi kimi strateji mövqeyini, habelə onun Qərbin təhlükəsizliyinə verə biləcəyi töhfələri nəzərə alaraq avropalılar və israillilər üçün rəsmi Bakının Qərb yolundan dönməməsi olduqca vacibdir.

Postsovet dövrünün ən böyük səhlənkarlıqlarından və faciələrindən biri də Azərbaycanı Rusiyanın nüfuz sahəsinə təslim etmək olardı.

Musavat.com

Məqalənin orijinalını bu linkdən oxuya bilərsiniz.

https://www.dailywire.com/news/37571/miller-russias-always-veiled-agenda-us-and-israel-paul-miller

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300