sitename

           Mariya Zaxarova:"Qarabağ münaqişəsinin dinc yolla həlli vasitəçilərin və tərəflərin mənafeyinə uyğundur"

 

"Hər ölkə müstəqil siyasət yürüdür. Başqa ölkələrin öz diplomatik əlaqələrini necə qurmalarının Rusiyaya aidiyyəti yoxdur”.

"Report” xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya səfərindən sonra Cənubi Qafqaza gəlməsinə dair sualı cavablandırarkən deyib.

Rusiya rəsmisi C.Boltonun Dağlıq Qarabağ məsələsinə dair mülahizələrini şərh edərkən onlarla tanış olmadığını vurğulayıb: "Bununla belə, biz hesab edirik ki, münaqişənin dinc yolla həlli, əlbəttə ki, istər ATƏT-in Minsk qrupu iştirakçılarının, istərsə də münaqişə tərəflərinin mənafeyinə uyğundur”.

Rusiya XİN nümayəndəsi oktyabrın 25-də Bakıda öz işinə başlayan VI Beynəlxalq Humanitar Foruma da münasibət bildirib: "İkitərəfli humanitar əlaqələrin, habelə çoxtərəfli əməkdaşlığa rəvac verən əlaqələrin bu səviyyəyə çatmasını və belə nəticələr verməsini yalnız alqışlamaq olar”.

Xatırladaq ki, bu gün Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb. Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir. 2010-cu ildən təşkil olunan forumun təşəbbüskarları Azərbaycan və Rusiya prezidentləridir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300