"Salome xanım ilk qadın prezident kimi Gürcüstan tarixinə düşəcək” -Azərbaycanlı deputat
"Mən Salome xanımın seçkilərdə qələbəsinə əminəm. Müstəqil namizəd olan Salome Zurabişvilinin seçkilərdə qələbə çalacağı və Gürcüstan prezidenti seciləcəyi şübhə doğurmur”.Bunu Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev deyib.
Hakim "Gürcü arzusu” partiyasında təmsil olunan Ruslan Hacıyev Zurabişvilinin
prezident seçiləcəyi təqdirdə ilk qadın dövlət başçısı olacağını bildirib:
"Görünən odur ki, Gürcüstandakı fəal elektoratın çox hissəsi, müstəqil namizəd xanım Salome Zurabişvilini dəstəkləyir. Həmçinin, iqtidar partiyası olan "Gürcü Arzusu” da Salome xanımı dəstəkləyir. Bu mövqe partiyanın lideri Bidzina İvanişvilinin rəsmi açıqlamasından sonra daha da möhkəmlənib. Gürcüstan demokratik bir ölkədir, burada seçkilərin taleyini xalqın səsverməsi həll edir. Yenə qeyd edirəm ki, xanım Salome Zurabişvili 28 oktyabrda Gürcüstan Prezidenti seçiləçək və Gürcüstanın yeni tarixində ilk qadın dövlət başçısı olacaq”.
Qeyd edək ki, bu həftənin bazar günü Gürcüstanda prezident seçkiləri keçiriləcək. Hakim partiya 28 oktyabr seçkisində müstəqil namizəd, deputat Salome Zurabişviliyə dəstək verəcəyini bəyan edib.//modern.az