sitename

             Ermənistanda bələdiyyə seçkiləri: Paşinyan ilk məğlubiyyətlə tanış olur

 

Ermənistan baş naziri eyni sürprizlə parlament seçkilərində də qarşılaşa bilər

Dünən Ermənistanın daha 4 şəhərində bələdiyyə seçkiləri keçirilib.

Son açıqlanan nəticələrə görə, Razdan şəhərinin meri vəzifəsinə Sevak Mikaelyan seçilib. Sevak Mikaelyan Paşinyanın hazırda tərkibində olduğu, lakin qarşıdan gələn seçkilərdə bir yerdə iştirak etmək istəmədiyi "Yelk” frarksiyasının üzvü Sasun Mikaelyanın oğludur.

Armavir şəhərində isə "Vətəndaş müqviləsi” partiyasının (Paşinyanın öz partiyası-red.) nümayəndəsi David Xudatyan qalib gəlib. Eçmiədzində də eyni partiyanın üzvü Diana Qasparyan seçkiləri qazanıb.

"Vətəndaş müqaviləsi” partiyası Qafan şəhərində məğlub olub. Burada iqtidar nümayəndəsi Narek Babayan 2 min səs çoxluğu ilə rəqibi, partiyasız Gevork Parsyana uduzub.

Erməni ekspertlərin fikrincə, Qafandakı məğlubiyyət Ermənistandakı inqilabi eyforiyanın yatdığını və insanların gerçək həyata geri döndüyünə bir işarədir. Məsələ burasındadır ki, seçkilərdən bir neçə gün əvvəl Paşinyanın şəxsən özü Qafana gəlib və burada istədiyi namizədin təbliğatını aparıb.

"Artıq inqilabın təsirlərinin tədricən azaldığını, Paşinyan hakimiyyətinin cəmiyyəti "ağlar və qaralar"a bölmək, habelə insanları Robert Köçəryan və Serj Sərkisyan faktorları ilə qorxutmaq tezislərinin işləmədiyi aydın görünür”, - emərni analitik Sərkis Arsruni yazır.

Müəllif Qafandakı məğlubiyyətin şəhər əhalisinin Nikol Paşinyanın Sünik vilyətinin qubernatoruluğuna keçmiş polis Unan Poqosyanı təyin etməsinə orijinal cavabı olduğunu vurğulayır.

"Bununla Nikol Paşinyanın "barrikadaları sökmək” siyasətinin iflas etdiyini görmək olar. Paşinyan sərt siyasi kursu uğursuz kadrların təyinatı ilə qarışdırmaqla böyük səhvə yol verdi”, - erməni icmalçı yazır.

Ermənistan politoloqlarının rəyinə görə, bələdiyyə seçkiləri parlament seçkilərində hamının düşündüyü kimi hazırkı baş nazirin şərtsiz qalibiyyəti ilə nəticələnəcəyi tezisini də şübhə alıtna qoyur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300