sitename

            Trampdan İstanbulda yoxa çıxan jurnalistlə bağlı açıqlama

 

ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda yoxa çıxmasına münasibət bildirib.

Axar.az xəbər verir ki, Tramp öz mövqeyini Ağ Evdə jurnalistlərlə görüşü zamanı səsləndirib.

"Mən baş verənlərdən narahatam. Ümid edirəm ki, situasiyanı aydınlaşdırmaq mümkün olacaq. İndiki məqamda bizə bu məsələ ilə bağlı heç nə bəlli deyil”, – deyə o bildirib.

Qeyd edək ki, "Vaşinqton Post” qəzetinin jurnalisti olan Camal Qaşıqçı bir müddət əvvəl Türkiyədə yoxa çıxıb. Səudiyyə Ərəbistanında müxalif jurnalist kimi tanınan Qaşıqçı elə bu ölkənin İstanbuldakı konsulluğuna daxil olduqdan sonra ondan məlumat almaq mümkün olmayıb. Bəzi mənbələr onun konsulluqda Səudiyyə Ərəbistanından gələn xüsusi adamlar tərəfindən qətlə yetirildiyini iddia ediblər.

Dünən həmçinin ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem də Səudiyyə Ərəbistanını təhdid edən açıqlama verib. O, Qaşıqçı hadisəsinin arxasında Ər-Riyadın dayandığı sübut olunacağı təqdirdə Səudiyyənin bunun qarşılığını çox ağır şəkildə ödəyəcəyini bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300