sitename

        Buraxılış və qəbul imtahanlarının yeni modelinin detalları məlum olub

 

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları məlum olub.

DİM-dən "Report"a verilən məlumata görə, yeni model aşağıdakı kimi olacaq:

Buraxılış imtahanı (9 illik təhsil bazasında)

I mərhələ (imtahan müddəti - 3 saat)

 

Fənnin adı

Maksimal bal

Tapşırıqların sayı

1.

Tədris dili
(Azərbaycan dili, rus dili)

30

2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq

2.

Riyaziyyat

30

10 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq

3.

Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)

30

1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq


II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)

 

Fənnin adı

Maksimalbal

Tapşırıqlarınsayı

1.

Tədris dili (Azərbaycan dili, rus dili)

70

30 qapalı

2.

Riyaziyyat

70

30 qapalı

3.

Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)

70

30 qapalı


Buraxılış imtahanı (11 illik təhsil bazasında)
İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

 

Fənnin adı

Maksimal
bal

Tapşırıqların sayı

1.

Tədris dili (Azərbaycan dili, rus dili)

100

Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq

2.

Riyaziyyat

100

7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq

3.

Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)

100

1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq

 

 

Maksimal bal: 300Qəbul imtahanı (imtahan müddəti 3 saat)

I qrup

II qrup

III qrup

IV qrup

Riyaziyyat - 30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya).
Nisbi əmsal: 1,5

Riyaziyyat - 30 tapşırıq
(22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya).
Nisbi əmsal: 1,5

Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn).
Nisbi əmsal: 1,5

Biologiya - 30 tapşırıq
(22 qapalı +5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya).
Nisbi əmsal: 1,5

Fizika 30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5

Coğrafiya - 30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5

Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mənbə)
Nisbi əmsal: 1,5

Kimya - 30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5

Kimya-30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1

Tarix - 30 tapşırıq
(22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı mənbə).
Nisbi əmsal: 1

Ədəbiyyat-30 tapşırıq
(22 qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn)
Nisbi əmsal: 1

Fizika -30 tapşırıq
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1

Maksimal bal: 400

Qeyd 1:I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Qeyd 2:Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.

Qeyd 3:Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300