Şəkidə evdən qadın meyiti tapılıb

 

Şəki rayonunda evdən qadın meyiti tapılıb.

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 17 radələrində Şəki şəhəri, Həzi Aslanov küçəsi 5/6 ünvanında yaşayan 1952-ci il təvəllüdlü Ətrabə Həsən qızı Ələkbərovanın meyiti yaşadığı ünvanda qonşuları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı qadın bir-neçə gün əvvəl hələki bilinməyən səbəbdən öldüyü məlum olub. Ətrabə Ələkbərovanın ölüm səbəbini dəqiqləşdirmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Ətrabə Ələkbərovnın evdə tənha yaşadığı bildirlir.

Faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300