sitename

  Gürcüstanın Təhsil Nazirliyi azərbaycanlı abituriyentlərlə bağlı məsələyə münasibət bildirib

 

"Gürcüstanın Təshil, Elm, Mədəniyyət və İdman Nazirliyi milli azlıqların maraqlarını müdafiə etməkdə davam edəcək”.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Aleksandre Tevzadze ali məktəblərə qəbul ola bilməyən azərbaycanlı və erməni abituriyentlərin məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, təmsil etdiyi nazirlik milli azlıqların təhsili ilə bağlı bir sıra layihələr həyata keçirir:

"Ən əsas proqramlardan biri azərbaycanlı və erməni tələbələrin bir il müddətində ali məktəbdə gürcü dilini öyrənməsi ilə bağlıdır. Gürcü dilini öyrənəndən sonra tələbələr Gürcüstanın ali təhsil sisteminə inteqrasiya edə bilirlər. Əlbəttə ki, biz milli azlıqların maraqlarını müdafiə etməyi və bu istiqamətdə stimullaşdırıcı tədbirləri həyata keçirməyi davam etdirəcəyik”.

Gürcüstanda bu il 800-ə yaxın azərbaycanlı və erməni abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, tələbə adını qazana bilməyib. Buna səbəb onların məhdudiyyətsiz sayda ixtisas seçimi imkanı olduğu halda, az sayda ixtisas seçməsidir. Həmin abituriyentlərdən 500-ə yaxını azərbaycanlı gənclərdir. Abituriyentlərlə yanaşı, müxalif "Avropalı Gürcüstan” partiyası da ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə müraciət edərək, gənclərin ali məktəblərə əlavə yerləşdirilməsinə şəraitin yaradılmasını xahiş edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300