sitename

          "Traxtur” tərəfdarları İran futbolundakı irqçilikdənBMT-yə şikayət edib

 

Təbrizin "Traxtur” futbol komandasının tərəfdarları İran futbolunda hökm sürən irqçilikdən Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət ediblər.

 

İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 73-cü sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər etdiyi bir vaxtda, Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyəti, "Traxtur”un xaricdəki tərəfdarlarının şikayətini BMT nümayəndələrinə çatdırıb.

 

Bu barədə cəmiyyətin müdiri Dr. Jalə Təbrizi çərşənbə günü Facebook səhifəsində məlumat yayıb.

 

""Traxtur”un xaric ölkələrdəki tərəfdarlarının 10 səhifədə hazırlanan şikayəti BMT və BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinə təqdim edilib”- deyə məlumatda qeyd olunub.

 

Şikayət, cəmiyyət tərəfindən İran futbolunda Azərbaycan milləti əleyhinə irqçilik və "Traxtur”a qarşı sözləşmə adı altında hazırlanıb.

 

Beynəlxalq Futbol Federasiyası (FİFA) ötən il irqçilik mövzusu ilə bağlı raport yayaraq İran futbolunda türklərə qarşı təhqir və irqçiliyin geniş şəkildə yayıldığını elan etmişdir.

 

İranın Futbol Federasiyası Güney Azərbaycan komandalarına qarşı düşmənçilik mövqeyi nümayiş etdirir. Bu qurum Tehranın "Perspolis” və "İstiqlal” komandalarının oyunlarında Azərbaycan türklərinin planlı şəkildə təhqir edilməsinə qarşı heç bir tədbir görmür, klublar və onların tərəfdarlarını cəzalandırmır. Tehran stadionlarında türklərin ünvanına küçə söyüşlərinin səsləndirilməsi, hətta "heyvan” adlandırılması federeasiya üçün heç bir əhəmiyyət daşımır, əksinə irqçiliyə yol verən klublar hüquq və maliyyə baxımından davamlı olaraq dövlət tərəfindən dəstəklənir.//gunaz.tv

 

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300