sitename

      Təhsil naziri "Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb

 

Təhsil naziri Ceyhun Bayramov "Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb.

"Report" xəbər verir ki, əmrə əsasən, Azərbaycanın 50 - Bakı şəhəri 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli, 20 nömrəli məktəb-lisey, 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11, Şirvan şəhəri 3, Abşeron rayonu Xırdalan şəhəri 2, Masallı şəhəri 2, Şəki şəhəri 5, Şamaxı şəhəri 6 nömrəli, İsmayıllı rayonu Talıstan, Zaqatala rayonu Əli Bayramlı, Tovuz rayonu Ağbulaq, Quba rayonu Əliməmmədoba, Qusar rayonu Ləcət, Lənkəran rayonu Havzava, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.

Təsdiq olunan tədris planına dair qeydlərə əsasən, I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərs cədvəlinə daxil edilməklə "Rus dili”nin intensiv tədrisinə verilib.

V-VII (beşinci-yeddinci) siniflərdə "İkinci xarici dil”ə və dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat, IX (doqquzuncu) sinifdə "İkinci xarici dil”ə ayrılan 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə "Rus dili”nin intensiv tədrisinə verilib.

VIII sinifdə "İkinci xarici dil”ə ayrılmış 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə "Rus dili”nin intensiv tədrisinə verilib.

VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə "Qarabağın tarixi” fakültativ kursun tədrisinə ayrılıb.

"Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilən I-IX (birinci-doqquzuncu) siniflərdə rus dili fənninin tədrisinin səmərəli təşkili məqsədilə sinifdə şagirdlərin sayı 20 (iyirmi) və daha çox olarsa, həmin fənnin tədrisində siniflər iki qrupa bölünür (dərsdənkənar məşğələlərdən verilən saatlar istisna olmaqla).

Bu əmrlə müəyyən edilən Bakı şəhərinin 13, 95, 238, 245, 265, 276 nömrəli ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilində "Rəqəmsal bacarıqlar”pilot layihəsi həyata keçirildiyindən həmin məktəblərin V-VI siniflərində "Rus dili” fənni "İkinci xarici dil”ə ayrılmış saat hesabına həftədə 1 (bir) saat tədris ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300