sitename

         Ankarada Camal Mustafayevin xatirəsinə möhtəşəm tədbir keçirildi

 

Sentyabrın 25-də Uluslararası Türk kültür təşkilatı - TÜRKSOY və Borçalı Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Türk Dünyasının öncülləri” sırasından görkəmli filosof Camal Mustafayevin anısına Ankarada Borçalı Elini tanıtma tədbiri keçirilib. Tədbirin aparıcısı Cavid Mövsünlünün qısa giriş çıxışından sonra söz TÜRKSOY-un baş katibi Düsen Kaseynova verilib. Baş katib Borçalı Cəmiyyətinin nümayəndə heyətini və tədbirə qatılanları salamlayaraq qurumda Türk Dünyasının görkəmli şəxsiyyətləri haqda düzənlənən tədbirlərə diqqət çəkib və bu əsnada Camal Mustafayevin anısına belə bir tədbir keçirdikləri üçün məmnunluğunu ifadə edib. Sonra söz alanmillət vəkili, TBMM-nin Türkiyə -Azərbaycan Dostluq qrupunun sədri Şamil Ayrım bu kimi tədbirlərin keçirilməsinin Türk Dünyası adına önəminə işarə edərək öz fəaliyyətində hər zaman soydaşlarımızla bağlı duyarlı davranacağını və bundan ötrü parlamentdə hər zaman təklifləri eşitməyə hazır olduğunu dilə gətirib. Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu konfrans iştirakçılarını Türkiyə Cumhuriyyətinin prezidenti Receb Tayyib Erdoğanın adından salamlayaraq Camal Mustafayev şəxsiyyəti, Borçalı Eli, onun mədəniyyəti haqda konfrans iştirakçıları qarşısında nitq söyləyib.
Konfransın ilk məruzəsi ilə isə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış etdi. Öz məruzəsini Borçalı Eli haqda ətraflı məlumatla başlayan Cəmiyyət sədri bu şəkildə mötəbər konfransın təşkilinə görə TÜRKSOY təşkilatına təşəkkürünü bildirdi. Borçalı Elinin tanınmış saz və söz ustalarına işarə edən Z. Məmmədli belə bir mühitdə həm də filosof Camal Mustafayev kimi şəxsiyyətin formalaşmasına xüsusi diqqət çəkdi. Camal Mustafayevin yaradıcılığı, elmi araşdırmaları və ən önəmlisi fəlsəfi dünyası haqda ətraflı məruzə edən Z. Məmmədli Borçalı Cəmiyyətinin Camal Mustafayevin xatirəsinə " Qələm və kəlam” mükafatı təsis etdiyini bildirərək konfransda iştirak edənləri də bu yöndə çalışmağa dəvət etdi. O əlavə etdi ki, hansı coğrafiyada yaşamamızdan asılı olmayaraq bilim adamlarının yanında olmaq borcumuzdur, çünki toplumumuz halal haqqı olanlara sahiblənməsə, ona bizim olmayanlar, bədxahlar sahiblənər. Camal Mustafayev elmdə zirvəyə ucaldığı qədər , insanlıqda da o zirfəni fəth etmişdi - deyə Zəlimxan Məmmədli məruzəsini sona çatdırıb. Daha sonra Gürcüstan Aşıqlar Birliyinin sədri , tanınmış şair Osman Əhmədoğlu, Ankara Yıldırım Beyazit Universitesinin müəllimi, doktor Oğuzhan Aydın çıxış edərək aşıqlıq sənəti və onun bölmələri haqda məlumat veriblər. Konfransın 3-cü bölümündə Aşıq Selahettin Dündar , Aşıq Nargilə Mehdiyeva, Aşıq Tərmeyxan Qurbanov, Marneulidə fəaliyyət göstərən SARVAN rəqs qrupunun alqışlarla müşayiət olunan çıxışları olub. Sonda konfrans iştirakçılarına TÜRKSOY və Borçalı Cəmiyyəti tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300