sitename

             Azərbaycanda xərçəngə tutulan qadınlara dəstək- "Saçım saçın olsun”

 

Dünyanın bir çox ölkəsində baş tutan "Saçım saçın olsun” layihəsinə artıq Azərbaycanda da start verilib. "Qafqazinfo” xəbər verir ki, layihənin əsas məqsədi xərçəng və ya digər xəstəliklər səbəbindən saçlarını itirən xanımlara təbii saçlarla dəstək olmaqdır.

Belə ki, uzun saçlı xanımlar öz saçlarını kəsdirərək təbii parik hazırlanması üçün bağışlayaraq xeyriyyə kompaniyasında iştirak edir. Layihə rəhbəri Sevinc Məmmədovanın sözlərinə görə, qısa müddət ərzində onlarla xanım saçını bağışlamaq üçün müraciət edib:

"Təbii saçdan hazırlanmış pariklərin minimum qiymətinin 300-400 manatdan başladığını nəzərə alsaq, onsuz da müalicəsi çox baha başa gələn xanımların bu məbləği ödəməyə imkanının yetməyəcəyini görərik. Saç qadının gözəlliyinin ən vacib elementidir, çətin zamanlardan keçən bu xanımlar üçün atılmış ən kiçik addım belə böyük motivasiya olur. Buna görə, qərara aldım ki, ölkəmizdə də "saçım saçın olsun" adlı aksiyaya başlayaq. Layihə Türkiyədə, eləcə də dünyanın bir çox ölkəsində çox effektli alınıb”.

Layihə rəhbəri deyir ki, hazırda evində ona bağışlanan xeyli saç olsa da, ancaq həmin saçlardan təmənnasız parik hazırlamağa könüllü ustalar tapa bilmir. Odur ki, artıq ən azı yarı qiymətinə bu işi öhdəsinə götürücək salon və ya şəxslər axtarışındadır:

"Belə bir problemlə qarşılaşacağımızı heç gözləmirdim. Qısa müddət ərzində xeyli insan saçını bizə bağışlamaq istəsə də, həmin saçlardan təmənmasız olaraq parik tikmək istəyən salon və saç ustası tapa bilmirik. Məşhurlara müraciət etmişəm, ya deyirlər vaxtları yoxdur, ya da ki belə layihəyə maraqlı deyillər. Qaynaq üçün könüllü ustalar var. Ancaq Bizə əsas parik tikəcək şəxslər lazımdır”.

Daha bir məyus edici məqam isə, sosial şəbəkə fenomenlərinin, xüsusilə də, qadın bloqqerlərin bu layihə ilə bağlı paylaşıma biganə yanaşmasıdır:

"Onlar da deyir ki, bu, bizim maraq dairəmizdə deyil. Ancaq bilməliyik ki, bir qadına verdiyimiz müəyyən miqdar saçla ona özgüvən, sevinc, ən əsası yaşamaq eşqi bəxş edə bilərik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300