sitename

             Türkiyədə Cümhuriyyət fəallarından Mirzəbala Məmmədzadə ilə bağlı tədbir keçirilib

 

Tədbirin açılışında çıxış edən İstanbul Türk Ocaklarının rəhbəri Cezmi Bayram Azərbaycanın Cümhuriyyətinin 100-cü ildönümündə Cümhuriyyət qurucularından Mirzəbala Məmmədzadəyə həsr olunmuş tədbiri təşkil etməyi özlərinə borc bildiklərini vurğulayıb.

O, bildirib ki, gənc nəsillərimizin ortaq tariximizi və böyük aydınlarımızı yaxından tanıması istiqamətində tədbirlər bundan sonra da davam edəcək. Tədbirdə çıxış edən millət vəkili, Doc.Dr. Q.Paşayeva bildirib ki, Azərbaycanın və Türk dünyasının dəyərli dövlət adamı və aydını Mirzəbala Məmmədzadəni Türk gənclərinin yaxından tanıması və öyrənməsi önəmlidir.

Mirzəbala Məmmədzadənin həyatı ilə bağlı geniş məruzə edən millət vəkili Q.Paşayeva onun Azərbaycan üçün xidmətlərindən danışıb və sovet işğalından sonra da onun Azərbaycan milli mücadiləsini dünyanın hər yerində təbliğ etdiyini, onun qardaş Türkiyədə, Polşada, Almaniyada bu istiqamətdə gördüyü böyük işlərdən danışıb. Mirzəbala Məmmədzadənin yazdığı yazıları kitablar halında daha çox nəşr etməliyik deyən millət vəkili biz ilk öncə böyüyən gənc nəsillərimizə tariximizi daha geniş öyrətməliyik deyib.

Sovet imperiyası nə qədər çalışsa da, bizi öz milli kimliyimizdən ayrı sala bilmədi və müstəqilliyimzii bərpa etdikdən sonra yük aydınlarımızın həyat və fəaliyyətinin öyrənilməsi bizim üçün əsas məsələlərdən biridir deyən millət vəkili Q.Paşayeva gəncləri Mirzəbala Məmmədzadə kimi fədai aydınları daha geniş öyrənməyə, örnək almağa çağırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300