sitename

                  DİQQƏT! Kağız pullar təhlükəli mikroblar yayır-VİDEO

Bu fakt elm adamlarının apardıqları araşdırmalardan sonra üzə çıxıb. Alimlər müxtəlif qrip virusu növlərini isti, soyuq, rütubətli məkanlarda istifadə edilmiş kağız pulların üzərinə qoyaraq tədqiqat işi görüblər. Məlum olub ki, virus kökləri pulun üzərində günlərcə, hətta iki həftədən çox sağ qalırlar.

 

 

Apardığımız sorğu da göstərdi ki, insanların bir çoxunda pula toxunduqdan sonra əl yumaq kimi alışqanlığı yoxdur. Həkimlər isə həyəcan təbili çalır. Araşdırmalara görə, hər bir kağız pulun üzərində tənəffüs yolları və bağırsaqlarda xəstəlik törədə biləcək azı 2400 bakteriya var.

 

Həkim Şəmsiyyə Namazlının sözlərinə görə, infeksiya ilə çirklənmiş pullarda xəstəlik törədici mikroblar uzun müddət həyat fəaliyyəti qabiliyyətini saxlayır.

 

Yalnız kağız pulların deyil, metal pullar vasitəsi ilə bir çox infeksiyalar yayıla bilər. Həmçinin pullar sayılarkən barmaqlar tüpürcək vasitəsilə isladılmamalıdır.

 

Müxtəlif viruslara yoluxmamaq üçün şəxsi gigiyena qaydalarına maksimum dərəcədə əməl etmək lazımdır.

 

Bütün bunlarla bərabər, xüsusən də azyaşlıların pulla təmasının qarşısını almaq lazımdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300