sitename

                 Musiqili Teatrda həftəsonu nümayiş olunacaq tamaşalar açıqlanıb

 

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu müxtəlif tamaşalar nümayiş etdiriləcək.

Teatrın Mətbuat xidmətindən "Report"a bildirilib ki, 22, 23, 24 dekabr tarixlərində saat 19:00-da "Silva” (İ. Kalman), "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) və "Toya bir gün qalmış” (Ə.Səmədli) tamaşaları təqdim olunacaq.

Səhnə əsərlərində tamaşaçılar xalq artistləri - Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər - Boris Qrafkin, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar - Məhərrəm Qurbanov, Marina Litvinenko, Firuz Məmmədov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Rauf Babayev, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov,Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçıları üçün 22 dekabr saat 19:00-da İmre Kalmanın "Silva” iki hissəli operettası nümayiş olunacaq.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300