Xərçəng və diabet xəstəliyinin çarəsi! –Təzə fındığın möcüzəvi faydaları

 

Sağlam qidalanma və pəhriz mütəxəssisi Ayça Gülərüz təzə fındığın xərçəng hüceyrələrini məhv etdiyini açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən dietoloqun fındığın faydaları haqqında fikirlərini təqdim edir.

İmmun sistemini gücləndirir
Fındıq E vitamini baxımından zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasını qarşısını alaraq qan azlığı riskini azaldır. Qan dövranının düzgün işləməsi isə qızdırma, soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldaraq immun sistemini gücləndirir.

Əsəbləri möhkəmləndirir
Tərkibindəki qida elementləri sayəsində əsl sağlamlıq anbarı olan fındıq B6 vitamini baxımından da zəngindir. B6 vitamini sinir sisteminin düzgün işləməsini təmin edir. Həmçinin seratonin, melatonin və epinefrin hormanlarının ifrazı B6 vitamininin dəstəyi ilə baş verir.

Beyin sağlamlığını qoruyur
Fındıqda protonosiyanidin, kersetin və kaemferol kimi maddələr var. Bu maddələr flavonoidlər qrupuna aiddir. Flavonoidlər beyin sağlamlığını qoruyur, fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, fındıq triptofan və izolosin amin turşularıyla zəngin olduğundan zehni və psixoloji olaraq müsbət təsir göstərir.

Fındıqdakı zülallar, liflər və yağlar toxluq hissini artırır. Bu da həddən artıq yemək istəyinin qarşısını alır. Həddindən artıq fındıq yemək əksinə, köklüyə səbəb olur. 1 ovuc fındıq təxminən 25 qram və 150 kalori edir.

Diabet riskini azaldır

Ürəyi qoruyur
Fındıqda ürək sağlamlığını qoruyan təbii yağlar var. Bu yağlar pis xolesterin səviyyəsinin azaldır, orqanizmdə yaxşı xolesterin səviyyəsini isə yüksəldir. Elmi tədqiqatlarda məlum olub ki, hər gün təzə fındıq yeyən insanlarda infarkt riski aşağı düşür. Eyni zamanda fındıq dəmir, mis, selen, maqnezium, kalium, fosfor, sink kimi minerallarla boldur. Maqnezium orqanizmə daxil olan və çıxan kalsium miqdarının tənzimlənməsində çox mühüm rol oynayır. Maqnezium əzələ gərginliyini azaldır və əzələ yorğunluğunu, spazma və s. bu kimi ağrılarn qarşısını alır.

Araşdırmalar göstərib ki, mütəmadi olaraq fındıq yeyən diabet xəstələrinin səhhəti yaxşılaşıb.

Xərçəng hüceyrələrinin inkişafına səbəb olan amilləri aradan qaldırır. Fındıqda olan beta-sitosterol birləşməsi döş və prostat xərçəngi riskini azaldır.
Təzə fındıq bağırsaq hərəkətlərini aktiv hala gətirir, həzm sisteminin işini asanlaşdırır.

Qocalma prosesini ləngidir
Fındıqda olan antioksidantlar dəriyə zərər verən sərbəst radikallarla mübarizə apararaq dərinin daha sağlam görünməsini təmin edir. Eyni zamanda E vitaminini ölü hüceyrələri aradan qaldıraraq ultrabənövşəyi şüaların səbəb olduğu dəri xərçənginin qarşısını alır. Antioksidantlarla yanaşı flavanoidlər də dəri hüceyrələrinin regenerasiyasını (Orqanizmin itirilmiş, zədələnmiş üzvlərinin və toxumalarının bərpa etməsi ) dəstəkləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300