sitename

             Türk dünyasının uyğur əsilli tanınmış alimi vəfat edib

 

Uyğur dilçi alimi, professor Mirsultan Osman 88 yaşında vəfat edib.

"Report” xəbər verir ki, o, dekabrın 1-də Çinin Sintszyan-Uyğur Muxtar Əyalətinin paytaxtı Urumçi şəhərində düynasını dəyişib.

Qeyd edək ki, M.Osman 1929-cu il iyulun 31-də Qazaxıstanın Yarkənd şəhərinin Akkəndə qəsəbəsində anadan olub.

Alim bütün ömrünü türk dilli xalqların tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasına həsr edib. Türk dilinin çığatay ləhcəsində olan qədim əlyazmaların oxunması üzrə ən məşhur mütəxəssislərdən olub. Ötən müddət ərzində böyük bir nəslin bu istiqamətdə yetişməsində başlıca rol oynayıb. O, Mahmud Qaşqari, Yusuf Xas Xacib, Əhməd Yuqnaki, Xirqəti, Zaleli, Novbati, Arşi və türk dünyasının başqa fikir adamlarının təbliği, irsinin araşdrıması ilə məşğul olub.

M.Osman təkcə uyğur xalqının deyil, dünya türklərinin elm və təhsilinin inkişafına töhvə verib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300