sitename

                        Kərkükdə döyüş: türkman şəhəri işğal edilir

 

Şimali İraq Kürd Muxtariyyətinin bu gün keçirilən referendumuna türkmanların tarixi torpağı olan Kərkük də daxil edilib.

"Uluyol" Publika.az-a istinadən xəbər verir ki, türkmanlar buna etiraz olaraq referendumu boykot edib. Lakin son məlumatlar şəhərdə hər an qarşıdurmanın başlaya biləcəyini göstərir.

Məlumata görə, 1700 PKK terrorçusu Kərkükdə qərarlaşıb. Güman ki, onlar çıxa biləcək qarşıdurmada əsas rolu üzərlərinə götürəcəklər. Şəhərdə təhlükəsizliyi isə Bərzaniyə bağlı peşmərgə qüvvələri təmin edir.

Kərkük mənbələrinin məlumatına görə, şəhərdə qarşıdurma peşmərgə qüvvələri ilə İrana bağlı şiə qrup Haşdi Şabi arasında çıxa bilər. Əgər bu baş verərsə, silahlı toqquşmalar başlanacaq.

Bu arada, İranın Yaxın Şərqdəki əməliyyatlarına rəhbərlik edən məşhur general Qasım Süleymaninin də Kərkükə gəldiyi deyilir.

Qeyd edək ki, şəhərdə türkman cəbhəsi tərəfdarlarına atəş açılandan sonra küçəyə çıxmaq qadağan edilib.

İraq Türkman Cəbhəsinin baş ofisinin önündə üzü bağlı silahlı qrup mühafizəni təşkil edib.

Kərkükdə yaşayan siyasi yazar Özdemir Hürmüzlü açıqlamasında şəhərdəki son vəziyyət haqda məlumat verib.

Türkmanların referendumu kompakt şəkildə boykot etdiyini deyən Ö.Hürmüzlü qeyd edib ki, türkman bölgələrindəki seçki mərkəzlərində bir insan belə yoxdur: "Hər şey boşdur. Biz nəticələri tanımayacağıq. Təhlükəsizlik məsələlərinə gəlincə, hazırda ciddi bir qarşıdurma yoxdur, sakitlikdir”.

Onun fikrincə, Kərkükdə istənilən qarşıdurma kürdlərin əleyhinədir.

"Buna görə də ciddi qarşıdurmanın olacağını düşünmürəm. Onsuz da Kərkükdə hər şey – valilik, vilayət mərkəzi kürdlərin əlindədir”, - deyə o vurğulayıb.

Ö.Hürmüzlü Kərkükün kürdlər tərəfindən tamamilə işğal edildiyini bildirib: "On il öncə Kərkük işğal edilmiş vəziyyətdə idi. 2014-cü ildən indiyə kimi isə kürdlər tamamilə hər şeyi əllərinə aldı. Türk dünyası, xüsusilə siyasi iqtidarlar bizi yalnız buraxdı”.

 

 
ULUYOL.BİZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300