Главная > GÜNDƏM > Boliviyada iğtişaşlar zamanı 7 nəfər ölüb

Boliviyada iğtişaşlar zamanı 7 nəfər ölüb


13-11-2019, 12:35.

        Boliviyada iğtişaşlar zamanı 7 nəfər ölüb

 

Boliviyada etiraz aksiyaları zamanı azı 7 nəfər ölüb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə "El Deber” qəzeti prokurorluğa istinadən məlumat yayıb.

Bundan əvvəl 2 nəfərin ölməsi, 12 nəfərin xəsarət alması barədə məlumat verilmişdi.

Məlumata görə, paytaxt La-Pasda 2 nəfər, Santa-Krus şəhərində 2 nəfər və 3 nəfər də Koçabambada ölüb.

Boliviyanın bütün rəhbər şəxsləri istefa etdikdən sonra ilk növbədə La-Pas, Koçabamba və Santa-Krus kimi böyük şəhərlərdə iğtişaşlar, yanğınlar törədilib və məmurların evlərinə hücumlar baş verib.

 


Вернуться назад