Главная > Ölkə > Məktəblilərdə onurğa əyriliyi problemi: Ekspert məktəbli çantaları ilə bağlı xəbərdarlıq etdi - VİDEOREPORAJ

Məktəblilərdə onurğa əyriliyi problemi: Ekspert məktəbli çantaları ilə bağlı xəbərdarlıq etdi - VİDEOREPORAJ


3-09-2019, 19:12.

Məktəblilərdə onurğa əyriliyi problemi:Ekspert məktəbli çantaları ilə bağlı xəbərdarlıq etdi- VİDEOREPORAJ

 

       Yeni dərs ili başlayır və sentyabrın 15-də respublikamızın ümumtəhsil məktəblərinin I siniflərinə 164234 şagird gedəcək. Artıq valideynlər məktəbli alış-verişinə başlayıb, siyahıdakı əsas yeri də məhz məktəbli çantası tutur. Bəzən valideynlər keyfiyyət və ya görünüş naminə ağır, dəmir aksesuarlı çantalar alır ki, içinə kitab-dəftər də yığıldıqdan sonra ağırlaşan çanta məktəblinin qəddini əyir. Halbuki ibtidai sinif şagirdi öz çəkisinin 15-20 faizindən artıq , yəni 3 kiloqramdan artıq yük götürməməlidir. Hər gün az qala öz çəkisinin yarısından çox olan kitab yükünü çiynində daşıyan məktəblilərin bir çoxunda onurğa əyriliyi müşahidə olunur. Hazırki mərhələdə uşaqları üçün çanta və dəftər-kitab seçimi edən valideynlərə ekspertlər xəbərdarlıq edərək problemdən çıxış yolunu göstərir.

Təhsil eksperti Kamran Əsədov məktəblilərə biri dövlət, biri valideyn tərəfindən təmin edilməklə iki komplekt dərs kitabları verilməsini və onlardan birinin evdə, digərinin məktəbdə qalmasını təklif edir. Bu yolla şagirdlər çantalarında kitab aparmaq əziyyətindən xilas olacaq, yalnız dəftər və iş dəftərlərini , digər ləvazimatlarını daşıyacaqlar, ağır çəkili kitabları daşımaqdan xilas olacaqlar.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA
Məğrur SALMANOV

 


Вернуться назад