Главная > Ölkə > Məzahir Pənahovun maaşı 1020 manat artırıldı – SƏRƏNCAM

Məzahir Pənahovun maaşı 1020 manat artırıldı – SƏRƏNCAM


3-09-2019, 15:44.

        Məzahir Pənahovun maaşı 1020 manat artırıldı – SƏRƏNCAM

 

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı "Azərbaycan RespublikasınınMərkəzi Seçki Komissiyasıüzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi bərədə sərəncamı bu gün qüvvəyə minib.

Yeniavaz.com-un xəbərinə görə, sentyabrın 1-dən qüvvəyə minən dəyişiklikləMSK üzvlərinin maaşı50faiz artırılıb.

Sənədə əsasən,Mərkəzi Seçki Komissiyasının (MSK) sədriMəzahir Pənahovun maaşı (2 040) 1 020 manat artırılaraq 3 060, müavininin maaşı (1 895) 950 manat artırılaraq 2 845, MSK katibləri Arifə Muxtarovanın, Mikayıl Rəhimovun maaşı (1 405) 705 manat artırılaraq 2 110, üzvlərin – Fuad Cavadovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Validə Kazımovanın, Hüseyn Paşayevin İlham Məmmədovun, Nizami Nadirxanlının, Qabil Orucovun, Bəxşeyiş Əsgərovun, Tofiq Həsənovun, Almas Qəhrəmanlının, Etibar Quliyevin, İlkin Şahbazovun maaşı (1 280) 640 manat artırılaraq 1 920 manata çatdırılıb.

 


Вернуться назад