Главная > GÜNDƏM > ABŞ beş min hərbçini Əfqanıstandan çıxarmağa hazırdır

ABŞ beş min hərbçini Əfqanıstandan çıxarmağa hazırdır


3-09-2019, 21:40.

             ABŞ beş min hərbçini Əfqanıstandan çıxarmağa hazırdır

"Taliban" qruplaşması ilə razılaşmanın layihəsinə uyğun olaraq, Birləşmiş Ştatlar 135 gün ərzində Əfqanıstandakı beş bazadan beş min hərbçi çıxarmağa hazırdır.

Eurasia Diary xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad "TOLOnews"a müsahibəsində deyib.

"Bəli, biz prinsipial razılaşma əldə etmişik", - deyə o vurğulayıb.

Xüsusi nümayəndənin sözlərinə görə, lakin bu, yekun razılaşma deyil və hələ ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, sentyabrın 1-də Z.Xəlilzad Əfqanıstanın "Taliban" radikal hərəkatı ilə danışıqların doqquzuncu raundunun tamamlandığını bildirmişdi. Onun sözlərinə görə, tərəflər saziş imzalamaq ərəfəsindədir.

 


Вернуться назад