Главная > Cəmiyyət > Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb

Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb


13-08-2019, 22:13.

          Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb

 

Bakıda bədbəxt hadisə baş verib.

"Report”un məlumatına görə, hadisə Nəsimi rayonu 4-cü mkr, Mircəlal 4 ünvanında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı öz evlərinin eyvanından yıxılaraq xəsarət alıb.

4-cü mərtəbədən yıxılan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, sol bud sümüyünün sınığı diaqnozu qoyulub və 12 yaşlı uşaq reanimasiyaya yerləşdirilib.

 


Вернуться назад