Главная > Cəmiyyət > Allahverdi Yolçuyev yardım istədi: “Ağır xəstəlikdən əziyyət çəkirəm”

Allahverdi Yolçuyev yardım istədi: “Ağır xəstəlikdən əziyyət çəkirəm”


4-08-2019, 21:40.

        Allahverdi Yolçuyev yardım istədi: "Ağır xəstəlikdən əziyyət çəkirəm”

 

Aktyor Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkir.

Musavat.com xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial şəbəkədə məlumat yayıb. Aparıcının yaydığı videoda aktyor əllərinin titrədiyini göstərərk ağır parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, müalicə üçün maddi imkanının olmadığını deyərək yardım istəyib.

Qeyd edək ki, Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

 


Вернуться назад