Главная > Ölkə > "Sədərək" yenə yandı - 7 FHN əməkdaşı xəstəxanaya yerləşdirildi

"Sədərək" yenə yandı - 7 FHN əməkdaşı xəstəxanaya yerləşdirildi


4-08-2019, 19:35.

           "Sədərək" yenə yandı- 7 FHN əməkdaşı xəstəxanaya yerləşdirildi

Bakının Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinə məxsus anbarın birində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

İlkin məlumatlara görə, yanğın parfümeriya mağazasında başlayıb və şirniyyat anbarına keçib.

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub. Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, 7 nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə ilə Klinik Tibbi Mərkəzin Taksikologiya Şöbəsinə yerləşdirilib

 


Вернуться назад