Главная > Mövqe > Riki Martin məscid terrorundan danışdı

Riki Martin məscid terrorundan danışdı


16-03-2019, 21:24.

          Riki Martin məscid terrorundan danışdı

 

Dünyaca məşhur müğənni Riki Martinin Yeni Zenlandiyada iki məsciddə reallaşdırılan terror hücumu ilə bağlı yazdığı statusu diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni müsəlmanların vəhşicəsinə öldürülməsini pisləyib:

"Bir adam namaz qılan 40-dan çox insanı öldürüb 20-sini yaraladı. Bütün beynəlxalq mətbuat onu təcavüzkar və ya radikal adlandırır, terrorist deyir. Niyə? Çünki o, müsəlman deyil".

Martin bu fikirləri ilə dünya mətbuatını kəskin tənqid edib. Xüsusilə Avropa ölkələrinin terror mövzusundakı riyakarlığını ifşa edib.

Qeyd edək ki, Yeni Zelandiyada cümə namazı zamanı iki məscidə hücum edilib. Silahlı hücumda ölənlərin sayı 49-a çatıb, o cümlədən uşaqlar yaralanıb.

 


Вернуться назад