Главная > Cəmiyyət > Fikrət Fərəməzoğlunun üzünə duran "Antaliya Mehman" həbs olundu

Fikrət Fərəməzoğlunun üzünə duran "Antaliya Mehman" həbs olundu


13-01-2019, 12:35.

        Fikrət Fərəməzoğlunun üzünə duran "Antaliya Mehman" həbs olundu

 

Jurnalist, Jam.az saytnın baş redaktoru Fikrət Fərəməzoğludan şikayət edərək həbs etdirən Mehman Həsənov (Antalya Mehman) həbs olunub.

 

Bu barədə Azerbaycanrealligi.com saytı məlumat yayıb.

 

Mehman Həsənovun öz işçisi Ceyhun Abbasovun şikayəti əsasında saxlanıldığı deyilir.

 

Məlumata görə, istintaqı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi aparır və prokurorluğun sanksiyası əsasında Səbail Rayon Məhkəməsi Mehman Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

 

Zərərçəkən kimi tanınan Ceyhun Abbasov məlumatı təsdiqləyib və Mehman Həsənovdan şikayətçi olduğunu deyib.

 

Mehman Həsənovun Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham olunduğu bildirilir.

 

M. Həsənov yanvarın 11-də Səbail Rayon Məhkəməsinin qərarıdan apelyasiya şikayəti versə də, Bakı Apelliyasiya Məhkəməsi 4 ay həbs qətimkan qərarını qüvvədə saxlayıb.

 

"Antaliya Mehman" kimi tanınan Mehman Həsənov kimdir?

 

Mehman Həsənovun Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs kimi tanınıb. Belə ki, Fikrət Fərəməzoğlu onun Bakının müxtəlif ərazilərində çoxsaylı masaj salonları və "Antaliya" adlı əxlaqsızlıq yuvası işlətdiyini yazıb.

 

Bundan sonra Həsənov jurnalistdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət edib.

 

O bildirib ki, guya Fikrət Fərəməzoğlu onlardan hədə-qorxu yolu ilə rüşvət tələb edib.

 

2016-ci il iyunun 30-da günorta saatlarında Fikrət Fərəməzoğlu həbs edilib.

 

2017-ci il iyunun 14-də jurnalistə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Ali Məhkəmə jurnalistin cəzasının 1 ilini azaldaraq 6 ilə endirib.

 

Jurnalist ittihamı qəbul etməyib və həbsinin siyasi sifariş olduğunu bildirib. Amma buna baxmayaraq Fikrət Fərəməzoğlu 3 ilə yaxındır ki, həbsdədir.

 

"Antaliya Mehman", Şirin Abdullayev və Ceyhun Abbasovun şərik - işbirliyi olduğu deyilir. Şirin Abdullayev də jurnalist Fikrət Fərəməzoğlunun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb.Şirin Abdullayev bir neçə il öncə "Azadlıq" qəzetini də məhkəməyə verib, lakin onun şikayəti təmin olunmayıb.

 

Ceyhun Abbasov isə jurnalistin işində şahid qismində dindirilib və onun əleyhinə ifadə verib.

 

Ceyhun Abbasov mediaya açqlamasında Fikrət Fərəməzoğlunun əleyhinə ifadə verdiyinə də münasibət bildirib. O qeyd edib ki, ondan bunu Mehman Həsənov tələb edib: "Allah Fikrət Fərəməzoğlunun qapısını açsın. Uşaqları var. Mehman çox jurnalisti şərlədi. Mən buna dözə bilməzdim".

 


Вернуться назад