Главная > Ölkə > Kürün səviyyəsi aşağı düşür

Kürün səviyyəsi aşağı düşür


13-01-2019, 16:09.

         Kürün səviyyəsi aşağı düşür

Respublika çaylarında suyun səviyyəsi açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edib.

 

Tranzit çaylarda vəziyyətə gəlincə, yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 192 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 104 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, yanvarın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 2, Salyan və Bankədə 3, Şirvanda isə suyun səviyyəsində 6 sm azalma qeydə alınıb.

 

Surra məntəqəsində suyun səviyyəsi 446 sm (2018-ci il yanvarın 11-də 380 sm), Şirvanda 333 sm (2018-ci il yanvarın 11-də 253 sm), Salyanda 308 (2018-ci il yanvarın 11-də 213 sm), Bankədə 262 sm (2018-ci il yanvarın 11-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 173 sm (2018-ci il yanvarın 11-də 110 sm) təşkil edib.

 


Вернуться назад