Главная > Region > Neftçalada qonşular arasında qanlı dava baş verib

Neftçalada qonşular arasında qanlı dava baş verib


13-01-2019, 13:58.

              Neftçalada qonşular arasında qanlı dava baş verib

 

Bu gün Neftçala rayonunun Aşağı Surra kəndində qonşular arasındakı dava bıçaqlanma ilə başa çatıb.

Virtualaz.org-un məlumatına görə, kəndin 36 yaşlı sakini Ramil Zakir oğlu Çünəşov qonşusu, 42 yaşlı Tərlam İmran oğlu Ələkbərov tərəfindən bıçaqlanıb. Kürəyindən bıçaq xəsarəti alan R.Günəşov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад