Главная > GÜNDƏM > Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb


10-10-2018, 21:38.

           Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

 

Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report” "Press TV"yə istinadən xəbər verir ki, buna səbəb 46 yaşlı iranlı diplomat Əsədullah Əsədinin oktyabrın 9-da məhkəmənin qərarı əsasında Belçikaya ekstradisiya olunmasıdır.

Qeyd edək ki, Ə.Əsədi bu ilin yayında müxalifətdə olan İran Xalq Mücahidlər Təşkilatının üzvlərinə qarşı Fransanın Vilpen şəhərində keçirilməsi nəzərdə tutulan konfrans zamanı terror aktı hazırlamaqda şübhəli bilinib.

 


Вернуться назад