Главная > İdman > Ronaldo klub prezidenti oldu

Ronaldo klub prezidenti oldu


3-09-2018, 16:17.

           Ronaldo klub prezidenti oldu

 

Braziliya millisinin sabiq üzvü Ronaldo İspaniyanın "Valyadolid” klubunun prezidenti kimi təqdim edilib.

Qol.az-ın klubun Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, veteran hücumçu La Liqa təmsilçisinin səhmlərinin 51 faizini alıb. Bununla da Ronaldo klubun sahibinə çevrilib.

Vaxtilə "Barselona” və "Real” kimi klubların şərəfini qorumuş "yekədiş”in bunun üçün 30 milyon avro ödədiyi bildirilir.

Qeyd edəkk ki, "Valyadolid” hazırda La Liqada 3 turdan sonra 2 xalla 16-cı pillədə qərarlaşıb.

 


Вернуться назад