Главная > Dünya > Filippin Rusiyadan hərbi gəmilər ala bilər

Filippin Rusiyadan hərbi gəmilər ala bilər


17-08-2018, 23:40.

                Filippin Rusiyadan hərbi gəmilər ala bilər

 

Filippin Rusiyadan hərbi gəmilərin alınması imkanlarını nəzərdən keçirir.

 

Trend-in məlumatına görə, bu barədə Filippinin Rusiyadakı səfiri Karlos Soretta açıqlama verib.

K.Soretta bildirib ki, Filippin hökuməti Moskvanın təklif etdiyi şərtləri digər ölkələrlə müqayisə edir.

Səfir əlavə edib ki, Rusiya digər ölkələrdən fərqli olaraq silah və ya hərbi texnika satışı zamanı heç bir siyasi şərt irəli sürmür.

Qeyd edək ki, ötən ilin oktyabrında Rusiya ilə Filippin arasında imzalanmış hərbi-texniki əməkdaşlıq sazişinə əsasən Rusiya bu ölkəyə qumbaraatanlar tədarük edib.

 


Вернуться назад