Главная > Ümumi > Lənkəranda avtomobil yolunun tikintisinə 9,1 milyon manat ayrılıb - SƏRƏNCAM

Lənkəranda avtomobil yolunun tikintisinə 9,1 milyon manat ayrılıb - SƏRƏNCAM


17-08-2018, 20:40.

      Lənkəranda avtomobil yolunun tikintisinə 9,1 milyon manat ayrılıb - SƏRƏNCAM

 

Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd edilir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

 


Вернуться назад